159 saylı uşaq bağçasının ərazisini kim zəbt edib? -Fotolar

скачанные файлы (2)Hacıbala Abutalıbov bu qansuz tikintiyə icazə veribmi?

Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) zəng edən Binəqədi rayon sakinləri yaşadıqları 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsindəki 209-cu binanın həyətinin hansısa iş adamı tərəfindən zəbt olunması barədə məlumat verdilər. Əməkdaşlarımız dünən həmin ünvanda olaraq məsələni araşdırıb.

Həqiqətən də kimliyini dəqiq müəyyən edə bilmədiyimiz imkanlı şəxs 209-cu binanın həyətində nəhəng tikinti işləri aparır. Binanın həyətində sakinlərin nəinki dincəlmək, hətta hərəkət etmək imkanları xeyli məhdudlaşıb.1393493452_139341299420140225_145833

Bütün bunlar azmış kimi tikintini aparan imkanlı şəxs ərazidə yerləşən 159 saylı körpələr evi-uşaq bağçasının da ərazisinə daxil olub. Hündürmərtəbəli tikintidən düşən xırda bir daş parçası istənilən an faciəyə səbəb ola bilər.
Digər tərəfdən tikilən uca bina körpələri günəş işığından məhrum edir.
209-cu binanın sakinləri ilə söhbətimiz zamanı onlar bildirdi ki, bizdə olan məlumata görə bu tikintinin sahibi ARDNŞ-də ( SOKAR) çalışır. Sakinlər hətta həmin imkanlı şəxsin nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olduğunu da söylədilər.

Digər tərəfdən körpələr evi-uşaq bağçalarının 20 metr ətrafında tikintinin aparılmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun göstərişi olduğu halda görəsən bu imkanlı şəxs kimə arxayın olub, körpələrin ərazisini zəbt edir? Sakinlərin dediyinə görə Bakı ŞİH-də çalışan Rəfael adlı şəxs bu tikintiyə qəyyumluq edir. Hər halda bu barədə cənab H.Abutalıbov düşünməlidir…
Araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

1393493495_139341341320140225_150929 1393493474_139341302920140225_145926

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR