İki lokomotivçi Məmmədovun taleyi(2-ci hissə)

imagesQafqaz Xəbər Agentliyi  “Azərbaycan Dəmir Yolları”nın (QSC) “arxiv”ini eşələməkdə davam edir.(Məqalənin 1-hissəsini bu linkdən oxuya bilərsiniz )

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəisi Arif Əsgərovla bağlı hazırladığımız yazının oxucularda böyük maraq doğurduğunu nəzərə alaraq, bu idarə və onun keçmiş rəhbərləri haqqında araşdırmalarımızı genişləndirmək qərarına gəlmişik. Nəzərə alsaq ki, Azərbaycan oxucusu iri məmurların keçmiş həyatları, vəzifə pillələrində necə yüksəlməsi və karyerasını necə qurması ilə hər zaman maraqlanır, bu baxımdan bizim bu araşdırmalarımızın oxucuların ürəyindən olacağı heç bir şübhə doğurmur.

Legion.az bu dəfəki araşdırmasında hazırda nəqliyyat naziri pilləsinə qədər yüksəlmiş, keçmiş dəmiryolçu Ziya Məmmədov və onun həmsoyadı, dəmiryolu idarəsində uzun illər yüksək vəzifədə işləmiş Vahid Məmmədovun dəmiryolçu “papka”sını “eşələyib”.

Qeyd edək ki, Vahid Məmmədovdan əvvəl onun qardaşı Valeh Məmmədov Biləcəri Dəmiryol Energetika bölməsindən Dəmiryol İdarəsinə Energetika  Xidmətinə rəis təyin olunmuşdu.

Vahid Məmmədov Dəmiryol İdarəsinin rəisi Elbrus Abdullayev tərəfindən işdən çıxarılsa da, qardaşı Valeh Məmmədov öz vəzifəsində qalırdı. Bununla belə, o, hər gün idarə rəisi tərəfindən qardaşının ünvanına söylənilən təhqirləri eşidirdi. Həmin illərdə Dəmiryol İdarəsinin rəisi Elbrus Abdullayev  Azərbaycandan Ermənistana yanacaq satırdı. Özümüz ermənilərlə Qarabağda vuruşduğumuz halda, erməni tankını yanacaqla Elbrus Abdullayev təmin edirdi. Ancaq bu tamam başqa yazının mövzusu olduğu üçün bu barədə başqa bir araşdırmamızda oxuya biləcəksiniz.

Onu da qeyd edək ki, 90-cı illərdə cəbhə hakimiyyəti qurulan kimi E.Abdullayev bu əməllərinin üstünün açılacağından qorxaraq, Ukraynaya qaçmalı olur. Cəbhə hakimiyyətə gəldikdən sonra isə Dəmiryol İdarəsinə Hamlet Həsənov rəis təyin edildi. İdarənin Lokomotiv üzrə rəis müavini isə Böyükşor Lokomotiv deposundan gətirilən İdris adlı maşinist oldu.

İdris adlı bu maşinist o zamanlar idarənin rəis müavini olaraq, həm Ziya Məmmədova, həm də Valeh Məmmədova “kurator”luq edirdi.

4 aydan sonra Hamlet Həsənov vəzifədə yol verdiyi nöqsanlara görə işdən azad olundu. Onun yerinə 33 yaşlı Eldar İsmayılov təyin edildi. Ancaq sən demə, Eldar İsmayılovun da Elbrus Abdullayev kimi Məmmədov qardaşları ilə şəxsi-qərəzliyi var imiş.

Mənbəmiz nəql edir ki, bir dəfə Eldar İsmayılovun idarə rəisi olduğu zamanlar qış ayların birində vaqonda səyahət edərkən, dəmiryolu xəttinin işıqları sönür. Bunun ardınca isə E.İsmayılov Valeh Məmmədovu ağır sözlərlə təhqir edir və vaqondan düşürdərək, tələb edir ki, elektrikin əvəzinə işıq dirəyinə çıxsın və şəxsən qəzanı aradan qaldırsın. E.İsmayılov da keçmiş həmkarı E.Abdullayev kimi hər iclasda Vahid Məmmədovu qardaşı Valeh Məmmədovun qulağı eşidə-eşidə təhqir edir.

Həmin illərdə Valeh Məmmədovun ən yaxın dostu isə Bakı Metropolitetinin rəisi Vahid Nadirli Məmmədov olub. Onlar tez-tez bir araya gəlib görüşür, dərdləşirmişlər. V.Nadirli Məmmədov Valehə təskinlik verir , pis günün ömrünün az olacağını deyir.

Onu da qeyd edək ki, Eldar İsmayılovun Dəmiryol İdarəsinə rəis təyin olunmasının ardından idarənin İdris adlı rəis müavininin kurasiyası dəyişir. Lokomotiv və Energetika xidmətlərinin kurasiyası ondan alınır və sərnişin xidməti ona tapşırılır. Həmin vəzifənin kuratorluğu isə indiki nazir Ziya Məmmədova həvalə edirlər.

Ziya Məmmədov Vahid Məmmədovla keçmiş dostluq münasibətlərinin xatirəsinə onun qardaşı Valeh Məmmədova yaxşı münasibət göstərir.

Cəbhənin hakimiyyətdən gedişi və mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin ardınca Vahid Nadirli Məmmədov Eldar İsmayılovun əvəzinə Dəmiryolu İdarəsinə rəis təyin edilir.

Vahid Nadirlinin yanına dəvət etdiyi ilk şəxs isə yaxın dostu Valeh Məmmədov olur.

Vahid Nadirlinin idarə rəisi təyin olunmasının ardınca Vahid Məmmədov da onun qəbuluna gəlir. Valeh Məmmədovu idarəyə 1-ci müavin təyin etməyə hazırlaşan Vahid Nadirli Vahid Məmmədov üçün Bakı hissəsini yenidən aça bilməyəcəyini deyir. Səbəb kimi isə onu göstərir ki, sabah ona yuxarıdan xəbərdarlıq gələr ki, sən iki qardaşın ikisini də “xeyirola” vəzifəyə gətirdin?!

Beləliklə, Vahid Nadirli Bakı hissəsinin fəaliyyətini yenidən bərpa etmir.

V.Nadirli bunun ardınca Valeh Məmmədova bildirir ki, onu özünə birinci müavin təyin etmək üzrədir. Və növbəti həftədən vəzifəsinin icrasına başlaya bilər.

Ancaq “sən saydığını say, gör, fələk nə sayır?!”.

Valeh Məmmədov yeni vəzifəsinin icrasına başlamamış, həftə içində qohumlarından birinin toyuna gedir. Toyda yaxşıca yeyib- içən, oynayan Valeh Məmmədov evə qayıdan kimi “pristup” keçirir və infarktdan dünyasını dəyişir.

Həmin ərəfələrdə onun ölümünə ən çox kədərlənənlərdən biri Vahid Nadirli olur. Onun ölümü həmçinin bütün dəmiryolçuları da kədərə boğur.

Mantyorluqdan dəmiryolu idarəsinə energetiika üzrə xidmət rəisi vəzifəsinə qədər yüksəlməyi bacaran Valeh Məmmədova idarə raisinin 1-ci müavini işləmək qismət olmur. Tale ona bu vəzifəni çox görür…

Ardı var…

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR