Səfər Əbiyev heç hara getməyib, Bakıdadır…

Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ölkəni tərk etməsi haqda mövzu yenidən gündəmə gəlib.

Bəzi KİV-lər eks-nazirin ölkəni tərk etdiyini iddia edirlər.

Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün Səfər Əbiyevin özü ilə əlaqə saxlayıb. Sabiq müdafiə naziri yayılan məlumatları təkzib edib.

“Bu cür xəbərləri ilk dəfə deyil yayırlar. Mən Bakıda, öz evimdəyəm”,- deyə eks-nazir qısaca olaraq bildirib.

62149_res_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR