“ Azərsu ” 8 milyardı hara xərcləyib?

Qorxmaz Hüseynovla Etibar Pirverdiyevin işbirliyi

Безымянный copy“Azərsu”ilə bağlı ötən yazımızda “Aqreqat”ları söndürməklə qazanılan milyonlardan bəhs etmişdik. Qısa xatırlatma üçün bildirək ki, suyu əhaliyə normal çatdırmaq üçün su hövzələrində,su anbarlarında xeyli sayda AQREQAT-lar olur. Məsələn, Ceyranbatan su anbarında 12 aqreqat quraşdırılıb (6-sı Maştağa,6-sı Binəqədi istiqamətində), Kür suyunu əhaliyə çatdırmaq üçün 7 aqreqatdan istifadə olunur və s.

Bakı sakinləri həmişə suyun normal gəlməməsindən şikayətlənirlər, hətta loru dildə “suyun davlenisi” aşağı düşüb deyirlər.Adi insanlar başa düşmür ki, “suyun davlenisi”ni aşağı salan “Azərsu”nun rəhbəri Qorxmaz Hüseynovdur. Onun məqsədi  əhalinin  əziyyəti hesabına yüz minlər qazanmaqdır.

Belə ki, Qorxmaz Hüseynovun birbaşa göstərişi ilə  1 AQREQAT  2-3 saat dayanan kimi  10.000 manat  “qazanc”  əldə olunur. Təsəvvür edirsiniz 10-15 aqreqat  2-3 saat dayananda nələr qazanılır. Bunu  həftələrə, aylara, illərə “çevirsək”dəhşətli rəqəmlər ortaya çıxar. Əvəzində nə baş verir?  Milyonlarla insanın istehlakçı hüququ pozulur, yayın istisində insanlar su tapa bilmir, ya da su fasilələrlə, az təzyiqlə verilir. Amma insanlar 3-4 manat su pulunu bir saat gecikdirə bilməzlər.

Beləcə  aqreqatları  söndürməkə qənaət olunan elektrik enerjisi milyonlara çevrilir və “Azərnerji”dən gələnlər tərəfindən “silinərək” Qorxmaz Hüseynovla Etibar Pirverdiyev tərəfindən dədə-malı kimi bölünür. Əslində kiminsə göstərişi ilə aqreqatı söndürmək cinayət əməlidir. Bu xüsusi qərarla olmalıdır. Ümumiyyətlə, Azərsu-da  biabırçılıq təkcə aqreqatların söndürülməsi ilə bağlı deyil.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az) bildirir ki, Dünya Bankının Bakı və Bakıətrafı kəndlərin su-kanalizasiya və sayğaclaşdırma problemini həll eləmək üçün ayırdığı 20 milyard  pulun 8 milyardı xərclənib.  Ancaq ortada iş yoxdur. Bəs, pullar hara xərclənib, cənab Qorxmaz Hüseynov..? Bəs, görəsən Qorxmaz Hüseynov  “Azərsu”nun iki bankdan istifadə etməsini necə əsaslandıra bilər? Böyük məbləğlər bir bankda, xırda “summa”lar isə başqa bankda dolaşır..

Bir azca yeraltı təkan olan kimi Ceyranbatan su anbarında nələr baş verir? Əhaliyə verilən su təmizlənəndə, xlorlananda, zeylənəndə  hansı pullar  yeyilir? Bütün bu və digər suallara növbəti yazıda cavab verməyə çalışacağıq.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR