İsmayıllıdakı yanğının əsl səbəbi nədir?

Ekonazirlik ilə icra hakimiyyəti bir-birini inkar edir

 İki gün öncə apa İsmayıllı rayonunda meşə yanğınlarının olması barədə məlumat yaydı: “ Yanğının söndürülməsində iki vertolyot və Fövqəladə Hallar Nazirliyinə ( FHN ) məxsus təyyarə iştirak edir. Yanğın böyük bir sahəyə yayılıb”. Sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti yanğının olduğunu təsdiq edərək bildirdi ki, yanğın meşədən giləmeyvə yığan kənd sakinlərinin ehtiyatsızlığı səbəbindən baş verib. FHN-nin saytında yerləşdirilən məlumatdan isə aydın olur ki, İsmayıllı rayonunun Qaraqaya kəndindəki dağlıq yerdə qurumuş otlar, ağaclar və kolluqlar yanır. İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov isə qafqaznews.org-a bildirib ki, yanğının səbəbi isti havalardır. Deməli, Ekologiya nazirliyinin dediyi ilə icra hakimiyyətinin dedikləri bir-birini inkar edir: birinci yanğının yerli sakinlərin ehtiyatsızlığından, ikinci isə isti havalardan baş verdiyi bildirir.
Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)
14092953491392470112_img_7875-350x262

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR