Kitabsız kitabxana açıldı

dtytytyythABŞ-da açılan yeni kitabxanada nə rəf var, nə kağız kitab, nə də kitab anbarı. Yalnız böyük bir şüşəli günbəz altında masalar, kompüterlər və İnternetOxuzali.az-ın verdiyi xəbərə görə, Florida Politexnik Universitetinin bu yeni kitabxanasında tələbə və müəllimlərin ixtiyarına 135 min elektron kitab verilib.

Kitabxananın direktoru Kathryn Miller deyib ki, kağız kitab oxumaq istəyən tələbələr bunu dövlət universitetlərinin kitabxanalararası mübadilə proqramı çərçivəsində edə bilərlər:

“Amma universitet ərazisindəki kitabxana tam rəqəmsaldır və biz tələbələrimizi informasiyanı rəqəmsal olaraq əldə etməyə, rəqəmsal bilgilərlə işləməyə həvəsləndiririk”.

135 min e-kitabdan əlavə olaraq universitet 60 min dollarlıq büdcə ayırıb ki, əgər iki və daha artıq tələbə kitabxanada olmayan hansısa kitabı on-line sifariş etsə, həmin kitab alınsın.

Universitet istəyir ki, tələbələr “texnoloji cəhətdən yüksək səviyyəli işçi qüvvəsi kimi yetişsin, çünki rəqəmsal informasiyanı mənimsəmək, onun əsasında araşdırma aparmaq qabiliyyətinə tələbat getdikcə artır”.

Amerika Kitabxana Assosiasiyasından ekspert Carrie Russell deyir ki, rəqəmsal kitabxana ənənəvi kitabxanadan müəyyən cəhətlərinə görə daha üstündür: “İnsanlar axtardıqlarını daha tez tapa bilirlər, nələrisə tam təsadüf nəticəsində aşkara çıxara, kəşf edə bilərlər”.

-da açılan yeni kitabxanada nə rəf var, nə kağız kitab, nə də kitab anbarı. Yalnız böyük bir şüşəli günbəz altında masalar, kompüterlər və İnternet.Oxuzali.az-ın verdiyi xəbərə görə, Florida Politexnik Universitetinin bu yeni kitabxanasında tələbə və müəllimlərin ixtiyarına 135 min elektron kitab verilib.

Kitabxananın direktoru Kathryn Miller deyib ki, kağız kitab oxumaq istəyən tələbələr bunu dövlət universitetlərinin kitabxanalararası mübadilə proqramı çərçivəsində edə bilərlər:
“Amma universitet ərazisindəki kitabxana tam rəqəmsaldır və biz tələbələrimizi informasiyanı rəqəmsal olaraq əldə etməyə, rəqəmsal bilgilərlə işləməyə həvəsləndiririk”.
135 min e-kitabdan əlavə olaraq universitet 60 min dollarlıq büdcə ayırıb ki, əgər iki və daha artıq tələbə kitabxanada olmayan hansısa kitabı on-line sifariş etsə, həmin kitab alınsın.
Universitet istəyir ki, tələbələr “texnoloji cəhətdən yüksək səviyyəli işçi qüvvəsi kimi yetişsin, çünki rəqəmsal informasiyanı mənimsəmək, onun əsasında araşdırma aparmaq qabiliyyətinə tələbat getdikcə artır”.
Amerika Kitabxana Assosiasiyasından ekspert Carrie Russell deyir ki, rəqəmsal kitabxana ənənəvi kitabxanadan müəyyən cəhətlərinə görə daha üstündür: “İnsanlar axtardıqlarını daha tez tapa bilirlər, nələrisə tam təsadüf nəticəsində aşkara çıxara, kəşf edə bilərlər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR