Parkomat meriyanın növbəti zarafatıdır

14093202541408016469Na_pasport114Dövlət vətəndaşların büdcəyə ödədiyi pulların hesabına vəsait ayırır, ərazi müəyyən edir və parkinqlər tikir. Parkinqin işçiləri isə avtomobil sahiblərinə yer müəyyən edir və eyni zamanda sizin “dəmir at”larınıza görə maddi məsuliyyət daşıyırlar. Bu aydındır. Bəs görəsən yollar boyu parkomat quraşdırmaqla əhalidən yığılan pulları necə izah eləmək olar? Parkomat- fövqəladə dərəcədə rahat bir cihazdır ki, avtomatik olaraq parkovka yerini müəyyən edir. Parkomatın köməkliyi ilə dayanacaqda qiymət müəyyən edilir və hansısa işçiyə-zada ehtiyac yoxdur. Parkomatın yanında maşını saxlaya bilərsiniz, ancaq gərək əvvəlcədən pulu ödəyəsən. Başa düşmək olmur, bu xidmətdirsə qanunauyğun olmalıdır və bizlər nə üçün pul ödəməliyik. KİV vasitəsilə başqa ölkələrdəki parkinq xidmətini öyrənərkən məəttəl qalmamaq olmur, bizim məmurlar havadan ( daha doğrusu bizim cibimizdən ) maksimum pul oğurlamağa çalışırlar. Əcnəbi ölkələrdə yollar boyunca parkinqlər var, hamısı yol işarələri vasitəsilə göstərilir, parkinqin sərhədləri dəqiq müəyən olunub, əlillər üçün pulsuz yerlər göstərilir…Parkinqə yaxın ərazidə yaşayanlar, ya xidmət pulu vermirlər, ya da müəyyən güzəştlər edilir.

Bəs bizdə vəziyyət necədir? Bu barədə düşünməyə ehtiyac yoxdur. Mən bir parkovşikdən soruşdum ki, sənin səlahiyyətlərin harda başlayır, harda qurtarır? Sualım havadan asılı qaldı. Ümumiyyətlə, bu xidmət hansı qanunlar və göstərişlər əsasında həyata keçirilir, tarifləri kim və necə müəyyən edir? Nə üçün parkomatlarda bu barədə informasiya yoxdur.14093202601408016511ekaterinburg-350x2181 Fərz edək ki, mən Xammer sahibiyəm və 24 saat mənim maşınım burada dayanır, yəni mən həftədə 2 saat avtomobildən istifadə edirəm. Onda mən 712 saatın ( 30 gün = 720 saat, 720- 4 x 2 = 712 saat ) pulunu ödəməliyəm parkinqə..? Əgər ən aşağı tarif 20 qəpik olsa, mən 712 saat üçün 142, 4 manat pul ödəməliyəm. Görəsən “MBA Concultinq” şirkətinin baş direktoru Nüsrət İbrahimov bu barədə nə düşünür? Nüsrət İbrahimov deyir ki, parkomatlar yol boyu abtomobillərin sayını azaltmaq üçündür. Məndə bir neçə sual yaranır:

1. “MBA Сonsulting” konsaltiqn şirkətinin parkomata nə aidiyyəti var?

2. Pullu dayanacaqlar tıxac probleminin həllinə necə kömək edəcək?

3. Və bütün bunlar nə dərəcədə qanunidir?

Mənim şəxsi qənaətim belədir ki, bütün bunlar hamısı qeyri-qanunidir. Və ölkə Konstitusiyasının 12-ci maddəsində göstərilənlərə ziddir. Görəsən, “MBA Сonsulting” şirkətinin baş direktoru Nüsrət İbrahimov ictimai nəqliyyatda qayda-qanun yaratmaq barədə niyə düşünmür? Bir neçə ay əvvəl Yol Polisi də, Ziya Məmmədovun başçılıq elədiyi nazirlik də, şəhər bələdiyyəsi də ictimai nəqliyyatın problemlərini qaldırsalar da heç bir nəticə olmadı. Ona görə də parkomat quraşdırıb vətəndaşların cibinə girməkdənsə ictimai nəqıiyyatın problemlərini aradan qaldırmaq lazımdır.

Fazil Məmmədov

“Qafqaz Hüquq Mərkəzi”nin nəqliyyatda hüquqi xidmət idarəsinin rəisi

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR