Qardaşlar məktəbdən oğurluq etdilər

Şəmkir rayonunda orta məktəbdə oğurluq olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Belə ki, Şəmkir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Babayev və qardaşı Zamin tutulub.

Qardaşlar Zəyəm Cırdaxan kənd Orta Məktəbinin kompüter otağından 4 kompüter dəsti oğurlanmaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırma aparılır.

71753

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR