Qırğızıstan hökuməti Gömrük İttifaqına qoşulmasını sənədləşdirdi

Qırğızıstanın Nazirlər Kabineti ölkənin Gömrük İttifaqına daxil olması üçün vacib olan son qanunlar paketini təsdiq edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Qırğızıstanın baş naziri Coomart Otorbayevin sədrliyi ilə keçirilən iclasda ölkənin sözügedən ittifaqa qoşulması üçün 21 qanun təsdiqlənib.Qanunlar paketi Qırğızıstan parlamentinə göndərilib.Qeyd edək ki, 2015-ci ilin yanvarın 1-ə qədər Qırğızıstanın Görmük İttifaqına qoşulması gözlənilir.

15844

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR