

Bizdə isə əksinə. Bəs, bizim gözəl şəhərimizdə nə baş verir? Əlbəttə bizim insanlar tələbkar olmadığı üçün istənilən müsbət addım effekt vermir. Ona görə də bizdə pis şirkətlər yaxşı olmağa can atmır, az-çox yaxşı şirkətlər isə gec-tez pis səviyyəyə düşürlər. Gəlin, yenidən cənab Hüseynovun ideyasına qayıdaq. Bütün bunlar ona görə baş verir ki, əhalinin tələbat səviyyəsi çox aşağıdır. Aşağı tələbat varsa, aşağı da xidmət olmalıdır. Bu Nəqliyyat Hərəkatı İdarəsinin işçilərinə də aiddir. Əgər vətəndaşlar daha tələbkar olsaydılar Yol Polisi İdarəsinin işçiləri də öz xidmət səviyyəsini yüksəldərdilər. Təsəvvür edirsiniz, Nəqliyyat Hərəkatının hər əməkdaşının hərəkətindən şikayət olsa, onda rəhbərlik də adekvat münasibət sərgiləyəcək. Əks təqdirdə hər şey köhnə qaydada davam edəcək. Bu gün yol polisi cərimələrə görə öz əməkdaşlarına 25 faiz mükafat verir, yəni nə qədər çox cərimələsən, o qədər də qazanırsan. Ancaq yaxşı olardı ki, hər bir qanunsuz saxlamağa, səhv protokol tərtib etməyə, kobudluğa görə yol polisi işçilərini də cərimə edəydilər. Mən düşünürəm ki, bu yaxşı işləmək üçün əla stimul olardı. Yuxarıda deyilənləri belə yekunlaşdırmaq olar ki, xidmət mədəniyyətini yüksəltmək üçün əhalinin tələbkarlıq səviyyəsi dünya səviyyəsinə yüksəlməlidir.
Fazil Məmmədov
“Qafqaz Hüquq Mərkəzi”nin nəqliyyatda hüquqi xidmət idarəsinin rəisi
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)