“07” qatarın altında qaldı: ölən və yaralananlar var

24213Ağstafa rayonunda minik avtomobili yük qatarı ilə toqquşub Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 12-də saat 15 radələrində Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına vurub.
A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR