5 milyon Google istifadəçisini şoka salan xəbər

63406_res_01Google elektron poçtunun (Gmail) istifadəçisi olan 5 milyon nəfərin parolu İnternetdə açıq mənbələrdə yerləşdirilib.Milli.az Rusiya mətbuatına istinadən bildirir ki, bu parolların 60%-i aktivdir. Həmin parollarla tək gmail-ə deyil, Google-un digər servislərinə də çıxış mümkündür.Qeyd edək ki, ötən gün Rusiyanın populyar İnternet resursları Mail.ru və Yandex-in istifadəçi parolları oğurlanaraq İnternetdə yerləşdirilmişdi. Google parollarının oğurlanması xəbəri isə həmin hadisədən düz bir sutka sonra yayılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR