79 yaşlı kişi körpələrinin dalınca Bakıya gəldi, amma…

Bir müddət əvvəl dünyaya gələn əkiz övladını doğum evində atıb gedən Masallı sakinləri ilə bağlı yeni xəbər var.63264_res_01

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Şatıroba kənd sakini, 79 yaşında ata olan Əliniyaz Nəzərov Nəsimi rayon 1 saylı körpələr evində saxlanılan uşaqlarını götürmək istəsə də əkizləri ona verməyiblər. Körpələr evindən ona bildirilib ki, bunun üçün məhkəməyə müraciət etməlidir, məhkəmə qərarından sonra körpələri özü ilə apara bilər.

Xatırladaq ki, Əliniyaz Əşrəf oğlu Nəzərov 3-cü nikahından dünyaya gələn körpələrindən imtina etməsini maddi vəziyyəti ilə əlaqələndirmişdi: “Evdə 3 uşaq var, onları güclə saxlayıram. 150 manat pensiya, 70 manat da yardım alıram, dolana bilmirəm”. Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisədən sonra ailə ilə görüşmüş və ailə yenidən uşaqlarına sahib çıxmaq istəyərsə, onların körpələr evindən götürülməsinə və bundan sonra maddi təminatlarının yaxşılaşmasına lazımi dəstək verəcəklərini bildirmişdilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR