Abdullah Gül sayt açdı (FOTO)

Türkiyənin eks prezidenti Abdullah Gülün adına sayt açılıb.publika.az1410233135abdullah-gul-2

ANS PRESS-in məlumatına görə, Türkiyənin 11-ci prezidenti Abdullah Gül və həyat yoldaşı Hayrünnisənin birlikdə çəkdirdiyi fotoşəkillərdən biri ilə açılan veb səhifədə eks prezident haqqında məlumatlar yerləşdirilib.

Abdullah Gülün prezident olduğu müddətdə etdiyi çıxışlar və müxtəlif növ fəaliyyətlərinin əks olunduğu saytda Hayrünnisə xanım üçün isə xüsusi bir bölmə hazırlanıb.

Gülün “Facebook”, “Twitter”, “Instagram”, “Izlesene.com”, “Youtube” ve “Vidivodo” hesab linklərinin də yer aldığı “www.abdullahgul.gen.tr” adresli yeni saytda keçmiş prezidentin xarici mətbuatda verdiyi müsahibələri də tapmaq mümkündür.

3b38fd2245a4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR