ABŞ dan İŞİD-ə bir ilk

1708609ABŞ döyüş təyyarələri, ilk dəfə Bağdad yaxınlığındakı  İŞİD mövqelərinə hava hücumu reallaşdırdı.

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az) haber3.com saytına istinadən bildirir ki, ABŞ rəhbərliyi, ötən ay İraqın bəzi bölgələrini ələ keçirən İŞİD-ə qarşı hava hücumlarına başlamışdı. Dünən Amerika ordusundan edilən açıqlamada, İraqın paytaxtı Bağdad yaxınlığındakı İŞİD xadimlərinin hədəf alındığı bildirildi. ABŞ Mərkəz Komandanlığından edilən açıqlamada, “Sincar və Bağdadın cənub-şərqindəki İraqlı təhlükəsizlik qüvvələrinə  dəstək vermək üçün Amerika döyüş təyyarələri İŞİD-ə qarşı iki hava hücumu həyata keçirmişdir. Bağdad yaxınlığında həyata keçirilən hücum, ABŞ prezidenti Barak Obamanın keçən həftə etdiyi çıxışında İŞİD-ə davamlı döyüş elan etməsinin, Suriyada  hava hücumlarının təşkili və İraqdakı hava hücumlarının əhatəsinin genişləndirilməsi təlimatı verməsindən sonra gəldi. Hücumlarda Sincar yaxınlığındakı 6 İŞİD əsgəri vasitəsi ilə İraqlı güclərə atəş açan Bağdadın cənub-şərqindəki İŞİD mövqeləri məhv edildi. Bu hücumlarla birlikdə ABŞ-ın İraqda təşkil etdiyi hava hücumlarının sayı 162 oldu.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR