ABŞ-ın İŞİD-ə qarşı dəstək siyahısı

Türkiyə, İŞİD ilə mübarizəyə dəstək verən ölkələr siyahısında yoxdur. Qafqaz Xəbər Agentliyi(Qafqaznews.az)Haber3.com saytına istinadən bildirir ki, ABŞ, İraq və Suriyada İŞİD-ə qarşı başlayacaq mübarizə üçün meydana gətirməyə başladığı koalisiyaya dəstək verən ölkələri açıqladı. Misir, Qatar, İordaniya kimi ölkələrin olduğu siyahıda Türkiyə yoxdur. ABŞ, İraq və Suriyada əhəmiyyətli nöqtələri ələ keçirən və özünü İslam Dövləti elan edən İraq Şam İslam Dövləti (İŞİD) adlı terror təşkilatı ilə mübarizə üçün prezident Barak Obamanın, ABŞ liderliyində meydana gətirməyə başladığı koalisiyaya dəstək verən ölkələr və beynəlxalq təşkilatların adları  açıqlandı. ABŞ-a İŞİD ilə döyüşdə hərbi və ya humanitar yardım sözü verən cəmi 38 ölkənin olduğu siyahıda Türkiyə iştirak etmədi. İŞİD-ə qarşı mübarizə, İraq ilə Suriya xalqına kömək üçün “Beynəlxalq cəhd” başlıqlı siyahıda bu ölkələr var: Albaniya, Ərəb Liqası, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çex Respublikası, Danimarka, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İraq, İrlandiya, İsrail, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Lüksemburq, Hollandiya, Yeni Zelandiya, Norveç, Oman və Qatar.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi(Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR