Alman prezidentə Azərbaycan xalçası verildi (FOTO)

Almaniya prezidenti və xanımı azərbaycanlı nümayəndələrlə görüşüb.Azərbaycandan olan QHT rəhbərləri Almaniyanın Prezidenti Yoaxim Qaukla görüşüblər.
72338
ANS PRESS-in məlumatına görə, Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş təşkil edib. Hazırda Almaniyada işgüzar səfərdə olan “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyyətinin üzvü, Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli AFR-in dövlət başçısının təşkil etdiyi bu tədbirdə iştirak ediblər.

Tədbir çərçivəsində Almaniyanın Prezidenti Yoaxim Qauka və ölkənin birinci xanımı Daniela Şadta Azərbaycanın milli xalçası, Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən kitablar, muğamlarımızdan və xalq mahnılarımızdan ibarət disklər hədiyyə olunub.

Görüş zamanı Ceyhun Ələkbərov ölkə prezidentinə və onun xanımına rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı 7109f7a3c0bf3cf3e8f6e95eməlumat verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR