Almaniya müsəlmanları islam pərdəsi altında törədilən cinayətləri sərt qınadılar

417259_mAlmaniyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar yekdilliklə islam pərdəsi altında cinayətkar təşkilatlar tərəfindən həyata keçirilən qətl və terroru pisləyirlər.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) Almaniya mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniyadakı məscidlərdə bir sıra önəmli tədbirlər keçirilir ki, binların da məqsədi islam adı altında çıxış edən təşkilatların əslində bu dinlə heç bir əlaqəsinin olmadığını göstərməkdir.

Almaniyanın Mərkəzi müsəlman şurasının sədri Ayman Maziyek antisemitizm və bəzi qruplar tərəfindən guya islam naminə reallaşdırılan terroru sərt şəkildə qınayıb:

“Biz Almaniyada irqçilərin məscid və sinaqoqların yandırılması hallarına susmayacayıq. Eyni zamanda biz bəzi təşkilatların islam dini pərdəsi altında, dindən sui-istifadə edərək, ədalətsizliklər törətməsinə də göz yumaq niyyətində deyilik”,-deyə, o vurğulayıb.

A.Maziyek onu da əlavə etdi ki, islam dininin ardıcılları qətiyyətlə terrorçuların və radikal islamçıların hərəkətlərini rədd edir.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR