Amerika vətəndaşlarını sakitləşdirdilər: İŞİD bizdən çox-çox uzaqdadır

загруженноеTerrorçu İraq Şam İslam Dövlətinin (İŞİD) üzvləri mühacir qismində Meksika ərazisinə keçib və oradan Amerika Birləşmiş Ştatlarının ərazisinə keçməyə cəhd göstərəcək. Onlar ABŞ sərhəddindən cəmi bir neçə mil aralıda yerləşirlər. Onların məramları Ştatlar ərazisində silsilə terror aktları törətməkdir. Təhlükə o dərəsədə yüksəkdir ki, federal təhlükəsizlik qüvvələri və sərhəddə yerləşən hərbi bazanın zabit və əsgərləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib. İŞİD-in üzvləri Meksika ərazisindən ABŞa mühacir qismində daxil olmaq niyyətindədirlər.

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )Nyu-York Tayms-a istinadən xəbər verir ki, Prezident Obama administrasiyasının və Amerika cəmiyyətinin bütün fikrini İŞİDlə mübarizəyə cəmləşdirdiyi bir dönəmdə, ölkənin konservativ dairələri və Respublikaçılar partiyasının aparıcı üzvləri belə bir dəhşətli ssenarinin real göründüyünü vurğulayırlar. Amerika cəmiyyətinin by təbəqələri bildirirlər ki, İŞİD terrorçuları Suriyadan qonşu İraqa soxulduqları kimi, ABŞ ərazisinə də basqın edə bilərlər. Bu da Meksika ərazisindən gerçəkləşə bilər.

ABŞ-ın Daxili təhlükəsizlik nazirliyi və Federal təhqiqatlar bürosu vətəndaşları sakitləşdirməyə çalışıb və qeyd ediblər ki, bu informasiya həqiqəti əks etdirmir. İŞİD caniləri ABŞ-dan çox-çox uzaqdadır:

“Xarici kəşfiyyat xidmətinin İŞİDin ölkə ərazisinə cənub sərhədlərindən soxulacağını bildirməyə heç bir əsası yoxdur”. Onların bildirdiyinə görə, ABŞ sərhədləri etibarlı şəkildə qorunur.

Prezident Barak Obamanın üzvü olduğu Demokratlar partiyasından bildirilib ki, İŞİD “təhlükəsi” ilə deyilənlər ölkə başçısının rəqiblərinin əməlidir. Onlar göstərməyə çaləşırlar ki, guya Obama administrasiyası ölkə sərhədlərini qoruya və qanunsuz miqrasiya ilə mübarizə apara bilmir.

Görünəni budur ki, ABŞ üzərində 11 sentyabr qorxusu hələ də əsməkdə davam edir.

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR