Ata sevgisi görməyən müğənni hamını ağlatdı (VİDEO)

73284Nihat Doğan 11 yaşında atasının ölümünün ona təsir etməsindən danışıb

Türkiyəli müğənni Nihat Doğan canlı yayımda studiyadakıları ağladıb.

ANS PRESS-in məlumatına görə, sənət fəaliyyətindən çox qalmaqallı, siyasi çıxışları ilə yadda qalan Türkiyəli müğənni Nihat Doğan aparıcılığını çağla Şikəl və Alişanın etdiyi “Hər şey daxil” verilişinə qonaq olub.

Verilişdə “atalar günü və atalıq” mövzusunda danışan müğənni Nihat Doğan danışığı ilə studiyadakıları kədərə qərq edib və tamaşaçılar göz yaşlarını saxlaya bilməyiblər.

“Həyat yoldaşına, övladına xeyri dəyməyən bir atanın atalar gününü təbrik edə bilmərəm.” – deyən Nihat Doğan bildirib.

11 yaşında atasının ölümü ilə üzləşən müğənni yaşadığı çətinlikləri danışdıqca, özü də kövrəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR