Atasının yas puluna özünə “Mersedes” alan gəncin əhvalatı (VİDEO)

Bakıda geniş yayılmış məhşur əhvalat ekranlaşdırılıb. 72346
ANS PRESS-in məlumatına görə, “Əmircan Prodakşn” KVN Klubu maraqlı videoçarx hazırlayıb.

Videoda atasının yas məclislərindən yığılan pulla özünə “Mersedes” alan gənc balaca dostuna “ağıllı” məsləhətdən verir. “Əşşi, atam rəhmətə getdi. Üçünü, yeddisini, qırxını, cümə axşamlarını yola verdik. Qohum-əqrəbanın saldığı pula da özümə maşın aldım.”

Özündən yaşca böyük dostunun sözlərinə qulaq asan oğlan, tələm-tələsik evə gedir. Yataqda yatan xəstə atasını müayinə edən həkimdən onun vəziyyətini soruşur. Həkimin cavabı ümidverici olmur. Bunu eşidən oğlan atasının çiyninə vuraraq, “Mersedesdi eee, mersedes!” deyir…

Gülməli görünən, əslində isə ağlamalı videonu sizə təqdim edirik:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR