Avstriyanın xarici işlər naziri Bakıya gəlir

72369Səfər çərçivəsində Sebastian Kurtsun Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub

Avstriya Respublikasının Federal Avropa, İnteqrasiya və Xarici İşlər naziri Sebastian Kurts Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

ANS PRESS-in Xarici İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, səfər çərçivəsində Sebastian Kurtsun Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra xarici işlər nazirlərinin keçirəcəyi birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrindən bu ilin 11 sentyabr tarixində saat 17:45-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR