Aygün özünə yeni sevgili tapdı – Fotolar

80225Xalq artisti Aygün Kazımovanın bir müddətdir haqqında danışdığı yeni sevgilisinin kimliyi bəlli olub.

Qafqaznews.az  axşam.az-a istinadən xəbər verir ki, müğənninin yeni sevgilisinin adı Fikrətdir. Onun atası məmurdur və hazırda Almaniyada yaşayır. Xalq artistinin yeni eşqi özəl bizneslə məşğuldur. Cütlük İstanbulda tanış olub. Aygünün pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib.

Müğənni yeni “Mən sənə xəstəyəm” adlı mahnısını da sevdiyi şəxsə həsr edib. Bu bəstə onun həyatından bəhs edir. Mahnının adı da xalq artisti tərəfindən təsadüfən seçilməyib. Belə ki, Fikrətin A.Kazımova üçün ən çox işlətdiyi söz “Mən sənə xəstəyəm”dir.

Xalq artistinin sevgilisi ilə ilk fotolarını təqdim edirik.

340259733341

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR