Azərbaycan və Rusiya arasında iclas keçiriləcək

49797İclasda Azərbaycan energetika naziri Natiq Əliyev iştirak edəcək

Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 12-13 sentyabr 2014-cü il tarixində Bakıda keçiriləcək 14-cü iclasında iştirak edəcək.

Azərbaycan Energetika Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin koordinasiya edilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması müzakirə ediləcək.

Eyni zamanda Rusiya Federasiyasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən Hökumətlərarası sazişə müvafiq olaraq “Интер РАО” ASC, “СО ЕЭС” ASC, “ФСК ЕЭС” ASC və “Azərenerji” ASC-nin Azərbaycan Respublikası və Rusiya Federasiyası enerjisi sistemlərinin paralel işləməsinin təmin edilməsi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda bu məqsədlə müqavilə əsasında elektrik enerjisinin təchiz edilməsi, təchiz edilən elektrik enerjisinin alqı-satqısına müvafiq dövlət dəstəyinin verilməsinə dair saziş və müqavilələrin imzalanması istiqamətində fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, Rusiya Federasiyasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən “СО ЕЭС” ASC və “Azərenerji” ASC arasında məlumat mübadiləsinin təmin olunmasına dair sazişin imzalanmasına müvafiq dövlət dəstəyinin verilməsi müzakirə ediləcəkdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR