Azərbaycana acı “bolqar bibəri” – 1:2 uduzduq

Milli komandamız bu gün AVRO-2016-nın seçmə mərhələsində mübarizəyə qoşulub.63320_res_01

 

Qafqaznews.az -ın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Berti Foqtsun rəhbərlik etdiyi yığma yeni tsiklə Bakıda baş tutan ev oyunu ilə start verib.

İlk dəfə AVRO-1996-nın seçmə mərhələsində çıxış edən komandamızın rəqibi Bolqarıstan millisi olub.

“Bakcell Arena”da baş tutan qarşılaşmada komandamız uduzub. İlk hissədə qapısından top buraxan yığmamız ikinci yarında hesaba tarazlıq gətirib. Lakin oyunun sonuna 3 dəqiqə qalmış, matça ikinci hissədə daxil olan Ventsislav Xrisov komandasını sevindirib – 1:2.

Qeyd edək ki, matçı İsraildən olan hakimlər briqadası idarə edib.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

9 sentyabr

AZƏRBAYCAN – BOLQARISTAN – 1:2

QOLLAR: Dmitri Nazarov, 45 – İliyan Miçanski, 14, Ventsislav Xrisov, 87

Baş hakim: Alon Yefet

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR