“Azərbaycanda işləyə bilərəm”

24777İtaliya millisinin sabiq futbolçusu Cennaro Qattuzo Azərbaycanda işləməyə müsbət baxır.
Qafqaznews.az qol.az-a istinadən xəbər verir ki, hazırda Yunanıstanın OFİ klubunu çalışdıran gənc mütəxəssis deyib ki, gələcəkdə ölkəmizdə işləyə bilər:
“Futbol tək İtaliyada deyil. Mən digər mədəniyyətləri də tanımaq istərdim. Azərbaycanda işləyə bilərəm. Şotlandiyada futbolçu kimi oynayanda 18 yaşım var idi. Məni heç nə qorxutmur. Bir il sonra başqa yerdə işləyə bilərəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR