Azərbaycanda QHT və qrantlarla bağlı qanunlar sərtləşdirilir

13838Milli Məclis QHT-lər və qrantlarla bağlı qanunları sərtləşdirmək niyyətindədir. Modern.az saytının məlumatına görə Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələri bu gün keçirdiyi birgə iclasda bu məsələni müzakirə ediblər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, dəyişikliklər edilməsi onun təşəbbüsüdür.
Deputatın sözlərinə görə xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə şəffaflıq prinsipləri qorunmalıdır. Komitə sədri deyib ki, “QHT-lər haqqında” qanunun 24-1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yəni, bundan sonra qeyri-hökumət təşkilatı, habelə, xarici dövlətlətin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
“Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliiyatlar isə aparıla bilməz. Həmçinin,sözügedən qanunun 24-2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökuməti təşkilatı İnzibati Xətalar Məcəlləsinin əsasən məsuliyyət daşımalı olacaqlar. “Qrantlar haqqında” qanuna gəlincə, həmin sənədə 5-1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur”,-deyə Əli Hüseynli söyləyib.
Deputat Vahid Əhmədov qeyd edib ki, təklif olunan dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayacaq. Hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR