Azərbaycanda şahmat üzrə Qran-Prinin açılış vaxtı məlum oldu

1 (1)Turnirin bütün partiyaları yarışın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

Oktyabrın 1-də Bakıda şahmat üzrə FİDE-nin Qran-Pri seriyasına start veriləcək.

Oxu.Az xəbər verir ki, turnirin açılış mərasimi saat 19.30-da Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçiriləcək. Mərasimdə FİDE prezidenti Kirsan İlyumjinov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, dövlət və hökumət nümayəndələri, eləcə də şahmatçılar iştirak edəcək.

Qran-Prinin ilk turu oktyabrın 2-də saat 15.00-da start götürəcək.

Turnirin bütün partiyaları yarışın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR