Azərbaycanın bu kəndində 32 qəbiristanlıq var…

65669_res_01Qobusutanın 5 min il tarixə malik Süngü kəndi bu gün də öz tarixiliyini qoruyub saxlayır.

Kanal S xəbər verir ki, əhalisi barmaqla sayılacaq bu kənddə nə az, nə çox 32 qəbiristanlıq var. Qobustanın Sündü kəndi öz tarixiliyi, qədimliyi ilə diqqət çəkir. Kənddə ən çox diqqət çəkən məqam isə burada 32 qəbristanlığın olmasıdır. Tarixi qəbir daşları bu gün də qorunub saxlanılır.

Kəndə tarix boyu başqa yerlərdən köç olmayıb. Burada yaşayanlar yerli sakinlərdir. Bu səbəbdən kənd yarandığı vaxtdan bu zamana qədər burda yaşayıb, burada dünyasını dəyişən insanlar müxtəlif ərazilərdə dəfn olunublar. Nəticədə kənddə çoxlu sayda qəbirstanlıq yaranıb. Kənd sakinlərinin əksəriyyəti 7 arxa dönəninin qəbirlərini tanıyır. Buradan tapılan maddi-mədəniyyət nümunələrinə əsasən, kəndin tunc dövründə aid olması ehtimal edilir. Hazırda bir çox tarixi abidələr mühafizə olunur. 1920-ci ildə inşa olunan Cümə Məscidi buna bariz nümunədir. Bu tarixi məbəd bu gün də insanlara xidmət edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR