Azərbaycanlı müğənni Həccə gedir (VİDEO)

28239Bu sənətçinin 3-cü səfəridir

Bu il Həcc ziyarətinə yollananlar arasında tanınmış simalar da var. “Salam Azərbaycan” verlişinin məlumatına görə, bu il Azərbaycandan Həcc ziyarətinə yollanan zəvvarlardan biridə İzzət Bağırovdur. Müğənni yolüstü ANS-ə ekslüziv müsahibə verib.
Birinci dəfə 2006-ci ildə, ikinci dəfə 2008-ci ildə ziyarətə gedən müğənni bunun üçüncü ziyarəti olduğunu deyib. Dinə bağlılığı onu nə vaxtsa bu sənətdən uzaqlaşdıra bilərmi? sualına İzzət Bağırovun cavabı belə oldu.

“Özünüz bilirsiniz ki, mən həmişə qalmaqallardan, dedi-qodudan, söz-söhbətdən uzaq olmuşam. Səhnədə geyimimə, saç düzümümə fikir vermişəm. Bəli ola bilər nə vaxtsa gedə bilərəm. Bu haqqda ümumiyyətlə 2006-cı ildən, birinci dəfə Həccdən qayıdanda sonra fikirləşirəm. Düşünürəm ki, bu nə vaxtsa olacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR