Bakı bulvarında tunel (FOTO)

67928Bakı buxtasında körpü salınması planlaşdırılsa da…

Bakı bulvarı boyunca dənizdən keçməklə 4,2 kilometr uzunluqda tunel çəkilməsi təklif olunur.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində məlumat verib.

Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə danışan C.Qocayev deyib ki, əvvəlcə Bakı buxtasında körpü salınması planlaşdırılırdı. Lakin memarlar görüntü nöqteyi-nəzərdən həmin layihənin əleyhinə çıxdılar:

“Bu, həm dənizdən şəhərin, həm də buxtadan dənizin görünüşünə xələl gətirə bilərdi. Texniki cəhətdən yanaşsaq, Bakıda tez-tez güclü külək əsməsi həmin körpüdə nəqliyyatın təhlükəsizliyini şübhə altına alırdı. Buna görə də, Cənubi Koreya şirkətinin təklifi ilə buxtada tunelin inşası gündəmə gəldi. Tunel avtomobillərin Dalğa Plazadan Nobel prospektinə birbaşa çıxmasına imkan yaradacaq. Bu, Neftçilər prospektinin nəqliyyat yükünü azaltmaqla yanaşı, gələcəkdə dənizin səviyyəsi qalxarsa, sahilbərkitmə qurğusu funksiyasını da yerinə yetirəcək. Digər tərəfdən, bulvar ərazisinin dənizə doğru 100-150 metr genişlənməsinə imkan yaranacaq və nəhayət, buxtaya tullantı sularının axıdılmasının qarşısı alınacaq. Tunelin üzərində yaşıllıqların salınması da nəzərdə tutulur”.

d6fc0ec079a2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR