Bal 20 manat bahalaşdı, amma yarmarka da olacaq…

63386_res_01Azərbaycanda arıçılıq məhsullarının qiyməti artıb. Əvvəllər 1 kiloqramı 30 manata satılan balın qiyməti 20 manat bahalaşaraq 50 manat olub.

Kənd Təsərrüfatı Nazirliyi isə arıçılıq məhsullarının satış yarmarkasını keçirməyə qərar verib.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, oktyabrın 1-dən 30-dək Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (metronun “28 may” stansiyasının yaxınlığında, keçmiş “Ayaqqabı fabriki”nin binasında) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabr ayının 10-dan 25-dək yoxlamadan keçirəcəklər. Nazirlikdən bildirilib ki, ancaq qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Həmçinin sentyabr 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək.

Nazirlik yarmarkaya çıxarılan məhsulların qiymətlərinə nəzarət etməsə də məhsulların bazar qiymətindən aşağı satılması tövsiyə ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR