Baş nazirdən çağırış: “Britaniyanı parçalamayın”

Britaniya Baş naziri Devid Kameron şotlandları Böyük Britaniyanı parçalamamağa və Birləşmiş Krallıqdan ayrılmağın əleyhinə səsverməyə çağırıb.1410325822

Axar.az RİA Novosti-yə xəbər verir ki, Kameron bunu “Deyli Meyl” qəzetinə verdiyi açıqlamasında deyib.

“Bizim ittifaq çox vacibdir. Onu parçalamayın”, – Kameron deyib.

Kemeron bildirib ki, Britaniya parlamentindəki partiya liderləri ilə Şotlandiyaya gedəcək və yerli əhalini müstəqilliyə səs verməməyə çağıracaq: “Bu məsuliyyətli vaxtda bizi eşitmələrini istəyirik. Biz seçicilərə onların qarşısında nə qədər vacib seçim dayandığını demək istəyirik. Bizim şotlandlara mesajımız sadə olacaq: “Biz istəyirik ki, siz qalasınız”.

Qeyd edək ki, sentyabrın 18-də Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum keçiriləcək. Əgər şotlandların əksəriyyəti müstəqilliyə “hə” desələr, Şotlandiya 2016-cı ilin martın 24-də rəsmən Böyük Britaniyadan ayrılacaq.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR