Bayram günlərində rayona getmək istəyənlərin nəzərinə

13683“Qurban bayramı günlərində sərnişin sıxlığını nəzərə alaraq, reysə əlavə 200 nəqliyyat vasitəsi çıxarılacaq”
Bunu lent.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib. O qeyd edib ki, avtovağzal oktyabrın 2-dən gücləndirilmiş iş rejiminə keçəcək: “Bu, oktyabrın 7-nə kimi davam edəcək”.
Növbə rəisi bildirib ki, Beynəlxalq Avtovağzal bayramın son günlərində rayonlardan geri dönən sərnişinləri də nəzərə alıb: “Oktyabrın 7-dən başlayaraq, rayonlardan Bakıya dönən sərnişinlərin bölgə vağzallarında sıxlığının yaranmaması üçün tədbirlər görüləcək. Belə ki, həmin günlərdə rayonlara əlavə nəqliyyat vasitələri cəlb ediləcək”.
Qiymət artımına gəlincə, M. Abdullayev bunları bildirib: “Avtovağzalda qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər”.
“Azərbaycan Dövlət Dəmir Yolları” QSC də Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Qurumdan Lent.az-a bildirilib ki, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq.
Qeyd edək ki, Azərbaycanda bu il oktyabrın 4-ü və 5-də Qurban bayramı qeyd olunacaq. Qurban bayramı günləri şənbə və bazar günlərinə təsadüf etdiyindən oktyabrın 6-sı və 7-si də qeyri-iş günləri sayılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR