Bəzi deputatların yeni qanunlardan xəbəri yoxdur

13473

Yerli KİV-lərin verdiyi məlumata görə Milli Məclisin  bu  sessiyasında istehlakçıların hüquqlarına dair qanuna əlavələr edilməlidir. Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az) olaraq bu dəyişikliklər haqda məlumat almaq üçün Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynovla əlaqə saxladıq.Əməkdaşımızın “Sizcə bu qanuna hansı əlavələrin edilməsinə ehtiyac var”sualına Eyyub Hüseynov belə cavab verdi:

“Çox təssüflər olsun ki, son 6 ayda bu barədə mənimlə heç bir məsləhətləşmələr aparılmayıbdır. Azad İstehlakçılar Birliyi ilə məsləhətləşmədən istehlakçıların hüquqları ilə bağlı qanuna edilən əlavənin istehlakçıların  tam xeyrinə olacağını gözləmirəm. “Əlbəttə bu qanuna əlavələrin edilməsi cox vacibdir. Məsələn elektron ticarətlə bağlı, istehlakçının şikayətinə cəld reaksiya , ağır yüklərin daşınması, servis xidmətlərinin regionlarda olmaması, avtomobil təmiri xidmətlərində müqavilə şərtlərinin olmaması, ev satışı şəbəkələrində, mürəkkəb texniki cihazlara verilən zəmanətlə bağlı (hansı hissələrə zəmanət verilib verilməməsi ilə), bank xidmətlərində və sığorta xidmətlərində istehlakçıların aldadılması və ən əsası kommunal xidmətlərdə, yeni tikilmiş binalarda çox ciddi istehlakçı problemləri var”

Bu məsələni araşdırmaq üçün bir neçə deputatla da  əlaqə saxladıq. Milli Məclisin deputatı Jalə Əliyeva sualımızı cavablandıraraq bildirdi ki:

“Mən əlavə dəyişikliklərlə tanış deyiləm ona görə də konkret sadalananlardan hansının qanuna əlavə olaraq olacağını deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, gündəlik həyatımızda istehlakçıların hüquqlarının pozulmasına tez tez rast gəlinir ona görə də, mən düşünürəm ki, istehlakçının hüquqlarının qorunması ilə bağlı qanunlara bir daha baxılmalıdır və onlar daha da genişləndirilməlidir. Milli Məclisin deputatı Gövhər Baxşəliyeva isə sualımızı cavablandırmaqdan imtina elədi.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR