Bu toy hamını ağlatdı (VİDEO)

Amerikada göz yaşardan toy mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, Los Ancelesdə keçirilən toy “Son rəqs” adlandırılıb.
72347
Liza Uilson adlı gənc qız həyatının ən xoş gününü xəstəxanada keçirib. Buna səbəb isə onun atasının ağır xəstə olması olub. Belə ki, Lizanın atası xərçəng xəstəliyindən əziyyət çəkib. O ömrünün son günlərini yataqda keçirməli olub. Buna görə də kilsədə keçirilən mərasimə qatılmaq şansı olmayıb.

Bundan sonra Liza toy ilə bağlı planlarını dəyişib. Onun nigahı xəstəxana otağında atasının yanında bağlanıb. Bundan sonra gəlin ilk rəqsini elə yataqdakı, süni nəfəs aparatındakı atası ilə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR