Castin Biber səhnədə soyundu (VİDEO,FOTO)

72368Hər zaman qalmaqalları ilə yadda qalan 20 yaşlı müğənni Castin Biber yenidən şok yaşadıb.

ANS PRESS-inməlumatına görə, qısa yol ilə məşhurluğa doğru gedən Castin Nyu-Yorkda baş tutan moda həftəsinə həsr olunan tədbirlərdən birində iştirak edib. Aparıcı dəvət etdikdən sonra gənc səhnəyə çıxaraq soyunmağa başlayıb. Həmkarı Rita Oranı təqdim etmək üçün səhnəyə çıxan Castin son vaxtlar yaşanan hadisələrdən sonra tamaşaçılar tərəfindən əvvəlki kimi xoş qarşılanmayıb.

Münasibətin dəyişdiyini hiss edən Biber çıxışını şouya çevirib. Əynində açıq-mavi pencək, cins şalvar və qara köynək olan müğənni aparıcıya müraciət edərək, “Özümü bu paltarda rahat hiss etmirəm, soyuna bilərəm?” sualını verib. Kanadalı ifaçı aparıcının cavabını gözləmədən soyunmağa başlayıb və əynində alt paltarından başqa heç nə saxlamayıb. Bədənini nümayiş etdirən Castin tamaşaçıların diqqətini cəlb etməyi bacarıb.

Xatırladaq ki, xarici media gənc yaşda milyonlar və insanların sevgisini qazanan Biberin şöhrətdən özünü itirdiyini yazır. İfaçı bir neçə dəfə avtomobilini sürətlə idarə etdiyinə, spirtli içki və narkotik maddələrdən istifadə etməsinə görə bir neçə dəfə həbs olunub.

575343679b55a2d7fdb83098

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR