Ceki Çan zinət əşyası oğurlayır

14103276181257003814239Honkonqlu rejissor Ceki Çanın iştirakı ilə Vladivastokda film çəkəcək. Çəkdiyi döyüş filmləri ilə bütün dünyaya soraq salan rejissor Xung Kam-Bonun çəkəcəyi film  “Qoca əsgər” adlanır. Filmin ssenarisinə görə, Ceki Çanın canlandıracağı baş qəhrəman paytaxt Primoryada dəyərli zinət əşyaları oğurlayır. Xüsusi xidmət orqanları isə Çində və Rusiyada onu axtarmağa başlayırlar. Ceki Çandan başqa filmdə məşhur aktyorlar Lyu De Xua və Endi Lou da yer alacaq. Filmin çəkilişi üçün 129 çəkiliş qrupundan istifadə ediləcək. Qeyd edək ki, sözügedən filmin çəkilişləri sentyabr ayının sonu, oktyabr ayının əvvəllərində başlayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR