Davudoğlu Gülənə səsləndi

Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu Fətullah Gülənə məxsus “paralel hökumət” qruplaşması ilə bağlı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Ə. Davudoğlu “paralel hökumət” qruplaşması barəsində aparılan lazımı hüquqi proseduraların davam etdiyini söyləyib:

“Bir məsələni açıq şəkildə qeyd etmək istəyirəm ki, Türkiyədə niyyətindən aslı olmayaraq, milli iradədən güc almayan hər hansı bir qruplaşmanın bürokratiya yolu ilə siyasəti, hüququ, ictimai həyatı nəzarət altına almasına icazə verə bilmərik. Bu qruplaşmanın bir hissəsi Pensilvaniya ştatında fəaliyyət göstərir. Ölkəmizin müstəqillliyi və suverenliyi üçün lazım olan bütün addımlar tərəddüsüz atılır. ”47604

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR