Davudoğlu təcili ölkəsinə qayıdır

Baş nazir İŞİD-in azadlığa buraxdığı 49 diplomatı qarşılayacaq

Azərbaycanda rəsmi sfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu səfərini yarımçıq dayandıraraq ölkəsinə qayıdır.ANS PRESS-in verdiyi məlumata görə, buna Mosulda İŞİD terrorçularının girov götürdüyü 49 diplomatın azadlığa buraxılması səbəb olub.

Məlumata görə, Davudoğlu proqramını yarımçıq dayandıraraq diplomatları qarşılamaq üçün Bakıdan birbaşa Türkiyənin Şanlıurfa vilayətinə qayıdacaq.

Bu barədə məlumatı Əhməd Davudoğlu özü verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR