Dünyanın ən kədərli pişiyi

71874Sosial mediada dünyanın ən kədərli pişiyi hesab edilən Takerin şəkili yayılıb.
ANS PRESS-in məlumatına görə, 1 yaşlı pişik Vaşinqton ştatında yerləşən heyvan sığınacaqlarından birində yaşayır. Sığınacağın işçiləri isə Takerə görə narahatçılıq keçirdiklərini deyiblər. Onlar bildirirlər ki, pişik daima kədərli baxdığına görə ona sahib çıxmaq insan tapılmayacaq. Baxıcı Ceysi pişiyin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıb. Taker az bir müddət ərzində istifadəçilərin sevimlisinə çevrilib.

Unikal baxışlara sahib olan Takerin ilk yiyəsi ona baxmaq üçün imkanı olmadığından heyvanlar üçün nəzərdə tutulmuş sığınacağa verib onu. Kənardan daima kədərli görülməyinə baxmayaraq pişik çox sevimli görünür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR