Ebola: dəhşətli virus “qonağımız” ola bilərmi?

zagruzhennoe48“Nəzəri cəhətdən, praktik cəhətdən bu mümkündür. Lakin onu nəzərə almaq lazımdır ki, adətən belə viruslar həyat səviyyəsi və səhiyyənin aşağı olduğu ölkələrdə yayılır”.

Bunu qafqaznews.org saytına açıqlamasında millət vəkili Rüfət Quliyev Qərbi Afrikada tuğyan edən ebola virusunun Azərbaycanda yayılma ehtimalına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Qərbi Afrikada artıq 3000 insan bu təhlükəli virusun qurbanı olub. ÜST-ün məlumatına görə, region üzrə bu virusa yoluxanların sayı artıq 6000-dir. Yalnız Liberiyada eboladan 1800 nəfər ölüb. Virusun yayılması eyni zamanda Syerra-Leone, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikasında və Seneqalda qtedə alınıb.

Parlamentarinin fikrincə, “qara qitənin” adıçəkilən bu ölkələri ənənəvi olaraq insanları xəbərdar etmə nöqteyi-nəzərindən səhiyyəni nəzarət altında saxlaya bilmirlər:

“Bir məsələyə diqqət yetirin ki, bu ölkələrin 99 faizində həyat səviyyəsi, sosial göstəricilər və iqtisadi inkişaf aşağıdır. Bunların da yoluxma səviyyəsi ilə birbaşa əlaqəsi var”,-deyə, millət vəkili qeyd edib.

Həmsöhbətimin sözlərinə görə, Azərbaycana hər gün müxtəlif ölkələrdən on minlərlə insan gəlir:

“Yəni bu mütləq Afrikadan gələn olmayacaq ki. Afrikada işləyib lakin mənşəcə digər ölkələrdən ola bilər. Bu gün Azərbaycanda onlarla beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Məsələn “Sərhədsiz həkimlər” və s. Onlar axı bu Afrika ölkələrində olurlar. Bu həkim, əlbəttə, həm Avropadan, həm də Amerikadan ola bilər. Yəni bu mənada hər şey mümkündür. Lakin Azərbaycanda sanitar kordonu var. Bizdə səhiyyə kifayət qəfər inkişaf edib. Eyni zamanda da insanların tibbi təhsili də yüksək səviyyədədir. Təbii ki, bütün bunlar sizin sadaladığınız ölkələrdəki vəziyyətlə müqayisə ediləsi deyil. İstənilən halda hesab edirəm ki, səhiyyə nazirliyi həmişə bu sayaq məsələlərdə ayıq-sayıqdır”,-deyə, R.Quliyev bildirdi.

R.Quliyevin həmkarı Məlahət Həsənovanın sualımıza cavabı lakonik oldu:

“Azərbaycan Afrika deyil. Bizim ölkədə təhlükəsizlik sahəsi də daxil olmaqla bütün sahələr nəzarət altındadır. Narahatlığa əsas yoxdur”.

Kərim Sultanov

QAFQAZ Xəbər Agentliyi (Qafqaznews.org)

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR