Ədliyyə Nazirliyi vətəndaşın 12 min manatını vermir

 medet

“Tədarük”ün rəisi həbsxanaya verilmiş məhsulun pulunu tələb edir

 Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbiri Qürbət Yusibovun verdiyi məlumata görə, 1998-2011-ci illərdə Tovuz rayon Tədarük idarəsinin rəisi işləmiş Hacıyev Qulu Sarı oğlu bildirib ki, əhalidən aldığı ərzaq məhsullarını (kartof, kələm, soğan və s.) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakıdakı bazasına təhvil verib. Onun dediyinə görə bütün bunlar faktura-qaimələrlə təsdiq olunur. “Həmin vaxt verdiyim məhsulların dəyəri 82 milyon manat (indiki pulla 16 min 400 manat eləyirdi). Həmin puldan 22 milyon manatı (indiki pulla 4 min 400 manatı) ödənilib. Qalan pulu neçə ildir ki, ala bilmirəm”,- Qulu Hacıyev bildirib. Məlumatla bağlı Qulu Hacıyevin özü ilə əlaqə saxladıq. O, bildirdi ki: “ Neçə ildir məhsul sahibləri qapımın qabağını kəsdirib məndən pullarını tələb edirlər. Mən çox pis vəziyyətdəyəm. Dəfələrlə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişəm. Amma xeyri yoxdur. Bu yaxınlarda həmin bazada oldum. Onlar mənə dedilər ki, sənə 12 min manat borcumuz qalıb, ancaq verə bilmirik”. Müxbirimiz “ Nə üçün nazirliyi məhkəməyə vermirsiniz” sualına Qulu müəllim belə cavab verib: “ Nə bilim… guya məhkəməyə versəm xeyir olacaq…bir təhər camaatın pulunu alım qaytarım…canım qurtarsın” cavabını verib. Gec olduğu üçün Ədliyyə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az )

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR