Əlil anası məhkəmənin ədalətinə inanmır

axar.az1394564474oqtay1Bu yaxınlarda Vesti.az saytında “Əgər biz ona bu protezləri ala bilsək, onda o özü sərbəst gəzə, hətta qaça bilər” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə 1992-ci il təvəllüdlü Laçın rayon sakini İmran Lalayevin “Koroğlu” metrosunda başına gələn bədbəxt hadisədən bəhs olunurdu. Hansı ki, hadisə nəticəsində o, dizdən aşağı iki ayağınbı itirib. Sabunçu şəhər xəstəxanasında uğursuz əməliyyatdan sonra Nərimanov rayonunda yerləşən özəl xəstəxanaların birində İmranın ayaqları təkrar əməliyyat olunur. Əməliyyat öncəsi həkimlər İmranda Hepatit C virusunun əlamətlərini müəyyən edirlər. Sivil ölkələrdə xəstə həkimin günahı səbəbindən hər hansı virusa yoluxarsa, zərərçəkən məhkəmədə iddia qaldırıb kompensasiya tələb edə bilər. Biz İmranın anası Zəminə Lalayevanın Sabunçu xəstəxanasından kompensasiya tələb edib-etməyəcəyini öyrənmək üçün onunla əlaqə saxladıq. O, qafqaznews.org-un müxbirinə bildirdi ki, mən kiməm ki, kompensasiya tələb edəm, mən uğursuz əməliyyata görə verdiyim 2500 manat pulu geri ala bilmirəm. “Qafqaz” Hüquq Mərkəzinin baş direktoru Samir İsmayılov isə bildirib ki, əgər Zəminə xanım Sabunçu xəstəxanasını məhkəməyə versə, prosesi uduza bilər, çünki xəstəxana hüquqi şəxs deyil, Səhiyyə nazirliyinə tabedir. Ancaq Səhiyyə nazirliyini məhkəməyə versə, prosesi udmaq şansı var.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR