Ərdoğan internetə nəzarəti gücləndirdi – (Video)

63781_res_01Prezident seçilməsindən üç həftə keçməmiş Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hökümətin internet üzərində nəzarətini gücləndirən qanunu təsdiq edib.

ANS TV-nin məlumatına görə, Türkiyənin Telekommunikasiya İdarəsinə məhkəmə qərarı olmadan, milli təhlükəsizliyə zidd olan və ictimai gərginliyin yaranmasına xidmət edən istənilən saytı bağlamaq səlahiyyəti verilib. Müxalifətdən olan Cumhuriyyət Xalq Partiyası bu “Torba qanunu” adlandırılan yeni ölçüdən Türkiyə Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini açıqlayıb.

Fevral ayında Türkiyə höküməti korrupsiya qalmaqalı ilə əlaqədar Twitter sosial şəbəkəsini müvəqqəti olaraq bağlamışdı. Həmin vaxt Ərdoğan hökümətinin bu addımı ölkədə etirazla qarşılanmış və nitq azadlığı ilə bağlı hüquqları sual atlına almışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR