Ərdoğan sərt danışdı: “Ey dünya, ortada PKK var ikən…”

publika.az1411925758publika.az1406795169receberdoqanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İqtisadi Forumunda ölkəsinin İŞİD-ə qarşı koalisiyada yer alması üçün irəli sürülən tələbləri bir daha açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, dövlət başçısı hər üç tələbin yerinə yetirilməli olduğunu bildirib.

“Apardığımız danışıqlarda mən həmişə bunu söylədim. Birincisi, uçuşa qadağan bölgə yaradılmalı, ikincisi təhlükəsiz bölgə yaradılması, üçüncüsü isə təhcizat məsələləri həllini tapmalıdır. O olmaz, bu olar yanaşmalarını qəbul etmirik. Hər üç tələb yerinə yetirilməlidir”, – deyə Ərdoğan dilə gətirib.

Türkiyə prezidenti İŞİD-ə qarşı mübarizə üçün koalisiya yaradan dünya ölkələrinin eyni addımı PKK-ya qarşı atılmamasına sərt reaksiya göstərib: “Ey dünya, İŞİD kimi bir terror təşkilatı ortaya çıxan kimi ayağa qalxırsan, PKK kimi bir terror təşkilatı ortada ikən niyə bunu etmirsiniz?”

Ərdoğan beynəlxalq sistemdə əhəmiyyətli qırılmaların yaşandığını vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR