Ermənistan Suriyada pasport paylayır

Suriyanın Hələb şəhərində yaşayan ermənilərə Ermənistan pasportunun verilməsinə başlanılıb. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi açıqlama verib.
71289
Açıqlamaya görə, Ermənistanın Hələbdəki Baş Konsulu Tiqran Qevorkyan şəhərin Kesab və Latakiya rayonlarında ermənilərə Ermənistan pasportlarının verilməsində iştirak edib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilir. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə isə, Dağlıq Qarabağda bu günə qədər 4 minə yaxın Suriya ermənisi məskunlaşdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR