Əsgərin bacısı Türkiyənin baş nazirinə inanmadı – VİDEO

1 (1)Davudoğlu and içdi.

Şimali Kipr Türk Respublikasında (KKTC) rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu bölgədəki türk sülhməramlıların qərargahını da ziyarət edib.

Qafqaznews.az ANS PRESS-ə istinadən xəbər verir ki, qərargahın həyətinə ağac əkən baş nazir ona kömək edən əsgərin İstanbuldakı ailəsinə zəng vurub.

Baş nazirin zənginə əsgərin bacısı cavab verib və ikili arasında maraqlı dialoq baş verib.

“Mən baş nazir Əhməd Davudoğluyam. Bilirsən indi yanımda kim var? Qardaşın Əli. Əli Aslan”.

Əsgərin bacısını inandıra bilməyən Davudoğlu and içməyə başlayıb:

“İnan, inan. Vallah düz deyirəm. Mən KKTC-dəyəm. Ziyarət edərkən onunla birlikdə ağac əkdik”.

Baş nazir daha sonra əsgər Əli Aslanın atası Mehmet Aslanla danışıb:

“Əli ilə birlikdə ağac əkdik. Onunla söhbət edəndə bir şeyi öyrəndim. Əlinin sevgilisi yox, nişanlısı yox, evli deyil. Yaxşı bir qismət tapmaq lazımdır”.

Atanın, hələ növbədə böyük qardaşı var deməsinə isə baş nazir etiraz edir:

“Bu işdə sıra olmaz. Mənə demədi. Amma gözlərinə baxanda elə bil kimsə var, amma deyə bilmir”.

Baş nazirin bu sözü ətrafda gülüşmələrlə qarşılanıb. Davudoğlu daha sonra ev sakinlərinə salam söyləyərək telefon danışığını yekunlaşdırıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR