Finlandiya müsəlmanları qondarma “İslam dövləti”nə qarşı çıxdılar

b8aa21344e40ee18bf15d10c0eda0d2089a7383fBütün mütərəqqi insanlığın qondarma “islam dövləti” deyilən terrorçu təşkilata qarşı mübarizə apardığı vaxtda bəzi avropalılar İD-nin sıralarında döyüşmək üçün İraq və Suriyaya yollanır. Bu baxımdan Finlandiya dövləti istisna deyil.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, düşüncəli insanlar İŞİD kimi təşkilatları əsl təhlükə sayır.

30 yaşlı İran əsilli Hosseyn Bəhmanpur Helsinki şəhərində yaşayır. Riyaziyyat fakültəsində təhsil almış Hosseyn gəncləri İraq və Suriyaya İŞİD-in tərkibində döyüşmək üçün getməyə təhrik edənləri sərt tənqid atəşinə tutur.

“Biz bu kimi çağırışları hiddətlə qarşılayırıq. Heç bir normal insan özünün problemsiz həyatını qoyub müharibəyə getməz. İraq və Suriyaya gedənlərin əksəriyyəti sosial nöqteyi-nəzərdən sıxıntılar keçirən və problemlər yaşayan insanlardır”,-deyə, o bildirib.

Finlandiyanın təhlükəsizlik və kəşfiyyat xidmətinin (SUPO) apardığı yoxlamalara görə, 40 Finlandiya vətəndaşı İtaq və Suriyada gedən müharibədə iştirak etmək üçün bu ölkələrə yollanıb. Deyilənlərə görə, oraya gedənlərin sayı statistika göstəricilərindən bir qədər artıqdır. Çünki dövlətin hər bir faktı qeyd etməyə imkanı yoxdur.

Hal-hazırda Finlandiya hakim dairələri özlərinin Türkiyə həmkarları ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın səbəbi odur ki, finlər Türkiyə ərazisindən İraq və Suriyaya yollanan vətəndaşları haqqında dəqiq və dolğun informasiya almaq istəyir.

Bəhmanpurun sözlərinə görə, İraq və Suriyanın İŞİD-in nəzarətində olan ərazilərini bombalamaqla radikalçılığa qalib gəlmək olmayacaq:

“Ağıl və ürəklər uğrunda müharibəyə başlamaq lazımdır. Yalnız bu yolla zorakı ideologiyaya qarşı mübarizə aparmaq olacaq”,-deyə, o vurğulayıb.

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR