Futbolçu qarət olundu

hghcgjgjgilj,bArgentina klublarından birinin futbolçusu oyun zamanı azarkeşlər tərəfindən qarət olunub

Dələduzlar futbolçunu təhdid edərək maykasını və şortunu əynindən çıxardıblar.

İnsident Buenos-Ayres ətrafında “Sportivo Italiano” komandasının matçı zamanı baş verib.
“Mən əvvəlcə müdafiə olunmaq istədim, lakin onlar üç nəfər idilər, hər şeyimi onlara verdim və köməksiz vəziyyətdə çıxıb getdim”, – deyə qarət olunan futbolçu Elias di Byasi bildirib.
Aqressiv azarkeşlər birbaş meydançaya çıxıblar. Polisin müdaxiləsindən sonra futbolçunun əşyalarını qaytarmaq mümkün olub. Lakin canilər barədə heç bir məlumat verilmir.
Daha sonra oyun davam edib və “Sportivo Italiano” klubu məğlub olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR